RU

Əmək müqavilələrini artıran səbəb: Yeni iş yerləri, yoxsa?

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 450.972 vahid artıb və 2024-cü il oktyabr ayının 1-nə 1.852.887 təşkil edib. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verib. Qeyd edilib ki, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 430.502 vahid artaraq 970.424-ə çatıb. 

Maraqlıdır, əmək müqavilələrinin sayının artması yeni iş yerlərinin yaradılmasıdır, yoxsa mühasibatlığın “kölgə”dən çıxmasıdır? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Eyyub Kərimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, ölkəmizdə rəsmi qaydada çalışan işçilərin sayı artıb:

“Ölkəmizdə vergi inzibatçılığı və əmək müqavilərinin elektron qeydiyyatı rəsmi qaydada çalışan işçilərin sayının artmasına səbəb olub. Eyni zamanda, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra kateqoriyalı sahibkarların da qeydiyyata alınması və onlardan VÖEN-nin tələb olunması statistikanın artmasına səbəb olub. Bununla belə, ölkəmizdə iş yerlərinin sayı da artıb. Xüsusən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda iş yerlərinin sayı xeyli çoxalıb. Növbəti illərdə rəsmi qaydada çalışan işçilərin sayının yenə artacağı gözlənilir”. 

Избранный
8
cebheinfo.az

1Источники