RU

ABŞ-nin ən zəngin qadın musiqiçisi

ABŞ müğənnisi və bəstəkarı Teylor Svift “Forbes” jurnalının versiyasına görə dünyanın ən zəngin qadın musiqiçisi olub. Onun sərvəti 1,6 milyard dollar qiymətləndirilir. Məlumatı “Anadolu” verib. 

Nəşr qeyd edir ki, 34 yaşlı Svift 2023-cü ilin oktyabrında Eras turnesindən qazandığı qazanc və musiqi kataloqunun dəyəri sayəsində milyarder olub. O, ilk növbədə, mahnılarından və ifalarından əldə etdiyi gəlirlərə görə milyarder kimi sıralanan ilk qadın musiqiçidir.

Onun sərvətinə qonorar və qastrol səfərlərindən toplanan təxminən 600 milyon dollar, üstəlik təxminən 600 milyon dollar dəyərində musiqi kataloqu və təxminən 125 milyon dollar dəyərində daşınmaz əmlak daxildir.

2021-ci ildə Svift, sahibliyini bərpa etmək üçün ilk altı albomunun yenidən yazılmış versiyalarını buraxıb.

P.ƏMİRCANOV
XQ

Избранный
11
xalqqazeti.az

1Источники