RU

İrəvanın Moskvaya dönüşü: Paşinyan sülh proqramı layihəsində Kremlin də razılığını almağa çalışır

“Ermənistanın Baş naziri Nikol Paşinyanın MDB Dövlət Başçıları Şurasının iclasında iştirak üçün Moskvaya yollanması və Vladimir Putinlə görüşməsi “İrəvanın Rusiyaya dönməsi”nin ilkin variantını təqdim edir”.

Bunu Bakıvaxtı.az-a Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, analitik Aqşin Kərimov MDB Dövlət Başçıları Şurasının iclasından danışarkən bildirib.

Ekspert qeyd edib ki, Rusiyanın kölgəsi və liderliyi altında olan KTMT-nin tədbirlərində iştirakdan qaçan Nikol Paşinyan bu dəfə süni bəhanələri dilə gətirmədi:

“Çünki Paşinyanın məqsədi Azərbaycan-Ermənistan sülh proqramı layihəsində hazırlanmış sənədə imza atılmasını təmin etməkdir və o bu istiqamətdə Kremlin də razılığını almağa çalışır.
Lakin hazırkı variant Azərbaycanın strateji maraqlarının mütləq təminini vaxtından xeyli sonraya saxlamaq üçün bir gedişdir, ona görə də, Paşinyan və Qərb hər vəchlə sülh müqaviləsinin cari variantla imzalanmasına can atır”.

A.Kərimov bildirib ki, ancaq Rusiyanın Qafqazda geosiyasi nəticələri Azərbaycanla uyğunlaşdırmaq strategiyası Paşinyanın Putindən ala bilmək istədiyi portfeli kənara itələyir.
Çünki Azərbaycanın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə tranzit imkanları Bakını Rusiya üçün daha vacib edir. Üstəlik Azərbaycanla Rusiya münasibətlərini qarşılıqlı hörmətə söykəyir, bir-birlərinə qarşı geosiyasi münaqişələrin müşayiətində plan qurmurlar:

“Bir sözlə, İlham Əliyevlə Vladimir Putinin iclas çərçivəsində gündəminin zirvəsi Paşinyan-Putin gündəliyini əhəmiyyətli şəkildə kölgədə qoyur. Bu kölgənin altında Ermənistanın taleyi Zəngəzur dəhlizinə nisbətdə müəyyənləşir. Təsadüfi deyil ki, Paşinyan Moskvada “Ermənistan Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat vasitələrinin, yüklərin, sərnişinlərin, boru kəmərlərinin, kabel marşrutlarının keçidini təmin etməyə hazırdır” dedi. Bununla da o, Rusiyanın əslində Azərbaycana maneə yaratması istəklərini dedi və regional təhlükəsizliklə bağlı Moskvadan verilən eyhamların İrəvana mənfi təsirlərini kompensasiya etməyə çalışdı.

Ancaq görünür ki, Ermənistan Zəngəzur dəhlizi ilə əlaqədar mövzuların vərəqlənmə vaxtı çatanda ya Bakının tələb və şərtlərini icra edəcək, ya da onun üçün daha böyük sıxıcı günlər başlayacaq”.

Aqşin Kərimov, analitik

Analitikin qənaətinə görə, Moskvadakı görüşlər fonunda demək olar ki, Azərbaycan prezidenti İlham Əliyev hərtərəfli çıxışlar edir, Paşinyan isə Ermənistanın dağınıq və qeyri-müəyyən diplomatiyasını, onun mənfi nəticələrini toparlamaq üçün Kreml mətbəxinə boylanır:

“Ancaq başqa bir məxfi gündəliyə də diqqət çəkmək vacibdir, Putinlə Paşinyanın görüşündə Rusiya lideri iki ölkə arasında ticarət dövriyyəsinin artmasını məmnunluqla qeyd etdi. Bu həcmin əhəmiyyətli şəkildə artmasının Ermənistanın Rusiyanın sanksiyadan yayınması üçün tranzit rollarını üzərinə götürməkdən başqa bir izahını tapmaq çətindir. Yəni, Ermənistan əslində Rusiya ilə Qərb arasındakı sövdələşmə poliqonunun bir hissəsini təşkil edir, çünki Qərb də İrəvanın sanksiyalardan yayınmaq üçün Moskva qarşısındakı öhdəliklərinə səsini çıxarmır.
Bununla belə, Ermənistanın uzunmüddətli dövr üçün hər cür oynamağa və güc mərkəzləri ilə münasibətlərini balanslaşdırmaq bacarıqlarını getdikcə daha çox itirəcəyi proqnozlaşdırıla bilər”.

Aydın Baxış

Избранный
7
bakivaxti.az

1Источники