RU

Laçın və Şuşada əmək yarmarkaları təşkil ediləcək

Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Laçın və Şuşa rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin dəstəyi ilə həmin rayonlarda əmək yarmarkaları təşkil ediləcək.

Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarmarkalar oktyabrın 15-də saat 10:30-da Laçın şəhərindəki “Seyrangah” adlanan ərazidə, oktyabrın 16-da 11:00-da isə Şuşa şəhərindəki Şuşa otelində keçiriləcək.

Tədbirlərdə işsiz və işaxtaran şəxslərə 42-dən çox müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 400-dən çox vakansiya təqdim ediləcək. Onlara Agentliyin aktiv məşğulluq proqramları barədə ətraflı məlumatlar da veriləcək.

Laçın Laçın
Избранный
7
40
apa.az

10Источники