RU

İspaniya klubunun yeni baş məşqçisi açıqlanıb

İspaniyanın "Las Palmas" klubunun yeni baş məşqçisi məlum olub. Missiya.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dieqo Martineslə 2025-ci ilin yayına qədər müqavilə imzalanıb. Martines bir gün əvvəl istefaya göndərilən Luis Karrionu əvəz edib. Onun son iş yeri 2023-cü ilin iyulundan dekabrına kimi rəhbərlik etdiyi "Olimpiakos" (Yunanıstan) olub. 43 yaşlı mütəxəssis buna qədər "Espanyol", "Qranada", "Osasuna" və digər klublarda çalışıb.

Qeyd edək ki, "Las Palmas" IX turdan sonra La Liqada 3 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Zərintac MayisqızıMissiya.Az

Избранный
9
8
missiya.az

10Источники