RU

Narkotik yüklü gəmidə 2 azərbaycanlı tutuldu

İki Azərbaycan vətəndaşı İstanbuldan Sierra Leoneyə yola düşən və narkotik maddələr daşıyan gəmidə saxlanılıb.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, 4 oktyabrda Atlantik okeanında Kanar adaları yaxınlığında Tanzaniya bayraqlı “RAS” adlı gəmidə İspaniya və Fransa təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatda təxminən 4 ton kokain ələ keçirilib. Əməliyyat zamanı 7-si Türkiyə, 2-si Azərbaycan, 1-i Hollandiya vətəndaşı olmaqla ümumilikdə 10 nəfər saxlanılıb.

Избранный
5
9
aznews.az

10Источники