Bakı. Trend:
Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalınınbağlanış-mükafatlandırma mərasimi keçirilib.
Trend xəbər verir ki, GəncKinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il AzərbaycanRespublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası KinoAgentliyinin dəstəyi ilə keçirilən “Baku Cinema Breeze” (BCB) filmfestivalının bir hissəsidir.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri,festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri,həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoruFehruz Şamıyev festivalın keçdiyi yoldan söz açıb. O bildirib ki,nümayiş olunan filmlərin seçiminə festival heyəti xüsusihəssaslıqla yanaşır:
“Təxminən, 800 film festivalımıza təqdim olunmuşdu. Seçimprosesində iştirak edən münsiflərə təşəkkür edirəm. Sizkinosevərlərə isə minnətdaram ki, beş gün müddətində filmləriizlədiniz. Düşünürəm ki, bu günlər sadəcə kino nümayişləri ilə yox,həm də yeni əlaqələrin qurulması, sənət müzakirələri ilə də yaddaqaldı”.
Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusidiplomlarla təltif olunublar.
Münsiflər heyətinin xüsusi qeydi. “Balam” filmi – Rejissor İraBas/ Rusiya
Tammetrajlı film kateqoriyasında “Ən yaxşı təsvir rejissoru” –“Tənha insanın monoloqu” – Rejissor Emin Əfəndiyev. Təsvirrejissoru Daniel Quliyev
Ən yaxşı ssenari – “Bazar günü” -Rejissor: Şakir Xolikov /Özbəkistan
Ən yaxşı rejissor “Rosinante” -Rejissor: Baran Gündüzalp
Ən yaxşı tammetrajlı “Baurına salu” -Rejissor: AsxatKuçinçirekov /Qazaxıstan
Beynəlxalq müsabiqənin qısametrajlı filmlərkateqoriyasında qalibləri
Münsiflər heyətinin xüsusi qeydi – “Taksidermist” - Rejissorlar:Behzad Alavi və Süsən Salamat Çaqoşi/ İran
“Acqarına getməyək” – Rejissor Yigit Hepsev/ Türkiyə
Ən yaxşı animasiya - “Atamın məktubları” – Rejissor: AlekseyYevstinqneyev /Fransa
Ən yaxşı sənədli film – “Valeriya” – Rejissor Sara Yurinçik /Xorvatiya
Ən yaxşı rejissor - “Çuxur” filmi – Rejissorlar: Kristian Bekəvə Oliver Şvabe/ Almaniya
Ən yaxşı bədii film – “Demək olar tamamilə yanlışdır” –Rejissor: Cansu Baydar /Türkiyə
“Asiya istedadları” müsabiqəsininqalibləri:
Ən yaxşı film – “Fələstin adaları” – Rejissorlar: Nur Ben Selemvə Jülyen Menantu
Münsiflərin xüsusi mükafatı – “Bədən alverçisi” – Rejissor:Alireza Şakeri/ İran
Gənc Kinematoqrafçılar Mərkəzininmükafatları
“Umeşin xronikası” – Rejissor Puca Kaul/ Hindistan
“Səsin arzusu” – Rejissor Şinyu Kan/ Koreya
Yerli müsabiqənin qalibləri
Münsiflər heyətinin qeydi
“Qəfəs” filmi – Rejissorlar: Murad Allahverdiyev, RuhullaRəhimov, Fərid Ayvazov, İlahə Nurullayeva, Şahin Hüseynli, TuralƏləsgərli, Mirtalib Həsənov, Sevinc Quliyeva, Səadət Qurbanova,Sərxan Nəciyev
Münsiflər heyətinin xüsusi mükafatı - “Baba haqqı” sənədlifilmi- Rejissor:Nicat Qulam
Ən yaxşı sənədli film - “ Babamın evi” -Rejissor: LeylaxanımQənbərli
Ən yaxşı ssenari – “Şam bağı” -Rejissor: İlkin Umarov
Ən yaxşı rejissor işi – Rejissor: Azər Quliyev “Qırmızı planetinikinci rəngi” filmi
Ən yaxşı bədii film – “Quyu” – Rejissor: Rufat Ray
Tədbirdə iki film nümayiş olunub.
Ölkəmizin ən uzun ömürlü festivalı olan Bakı Beynəlxalq FilmFestivalı bu illər ərzində həm də Kann, Venesiya, Berlin FilmFestivallarında, “OSKAR”da mükafat və uğur qazanmış filmlərinnümayiş məkanına çevrilib.
15 ildir ki, əzmlə yoluna davam edən Festival hər ilkinematoqrafçıları bir araya gətirir və növbəti illərdəauditoriyasını daha da genişləndirməyi hədəfləyir.
Bakı Beynəlxalq Film Festivalının dəstəkçiləri sırasında NizamiKino Mərkəzi, “Azərbaycanfilm” kinostudiyası, Dövlət Film Fondu,“British Council”, Azərbaycan Prodüserlər Gildiyası yer alır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az,Azernews.Az