RU

""Oxotnik" dronunun vurulması Rusiya Hərbi-Kosmik Qoşunları üçün ən böyük rüsvayçılıqdır" - "Forbes"

"Nədən rusiyalılar "Oxotnik" PUA-sını özləri vurub və "İsgəndər" raketi ilə onun qalıqlarını məhv etməyə cəhd göstərib?.."
 
Rusiyanın ən yeni "Oxotnik" C-70 pilotsuz uçuş aparatı Ukrayna üzərində nəzarətdən çıxıb və onu müşayiət edən Cy-57 qırıcısı ilə vurulub.
 
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
 
Məlumatda deyilir ki, PUA-nın vurulmasından dərhal sonra rusiyalılar qalıqlarını məhv etmək üçün onun düşdüyü yerə "İsgəndər" raketi buraxıb. Rusiya bir neçə səbəbdən Qərbin dronun hissələrini öyrənməsinə mane olmaq istəyir, nəşr yazıb.
 
Qeyd edilir ki, "Oxotnik" C-70 dronunun vurulması Rusiyanın Hava-Kosmik Qoşunlarının nə zamansa yaşadığı ən böyük rüsvayçılıqlardan biri, bəlkə də daha pisidir.
 
"İsgəndər" raketləri az saydadır və bahalıdır, onlardan birinin Ukrayna şəhərlərinə qarşı kampaniyadan ayrılması onu göstərir ki, bu, yüksək dərəcədə önəmli məqsəd olub", - müəllif yazır.
 
Qeyd edilir ki, Rusiya ordusunun izləri itirmək cəhdlərinə rəğmən, ukraynalılar vurulan dronun həlledici komponentlərini təhlil etmək üçün götürməyə macal tapıb, bu da, ehtimal ki, rusiyalılar üçün xoşagələn olmayacaq.
 
O cümlədən Qərb mühəndisləri C-70 dronunun gözəgörünməzlik imkanlarını heçə endirər və bu PUA-ların əhəmiyyətini azaldar.
 
Bundan başqa, güman edilir ki, Qərb "'Oxotnik" C-70-in necə işlədiyini görsə, o zaman Cy-57-yə də necə qalib gəlmək barədə kifayət qədər təsəvvür əldə edə bilər.
 
Rusiyalıların özlərinin ən yeni PUA-sının qalıqlarını "İsgəndər"lə məhv etmək istəyinin ən ehtimal edilən izahı onların stels-texnologiyalarda (gözəgörünməzlik) nailiyyətləri barədə öz yalanlarının gizlətmək istəyi ola bilər, nəşr qeyd edib.
 
"Rusiya mədəniyyətini nəzərə alsaq, bəlkə də böyük komandirlər də bu qüsurlar barədə xəbərsizdir. Ola bilsin ki, Rusiya rəhbərliyi də bu günlər onların bahalı və reklam edilən gözəgörünməz dronunun heç də "stels" olmadığını biləcək. Yeri gəlmişkən, bunu KİV-lərdən öyrənəcək", - jurnal yazıb.
 
Oktyabrın 5-də Rusiyanın ən yeni "Oxotnik" C-70 PUA-sı vurulub-aktual olanlar
 
Xatırladaq ki, dronlr və Rusiya müdafiəsi məsələləri üzrə ekspert Semyuel Bendett bəyan edib ki, Rusiya tərəfindən "Oxotnik" C-70 dronunu   itirilməsi Qərb kəşfiyyatı üçün əhəmiyyətli qələbədir.
 
Onun sözlərinə görə, Ukrayna "Oxotnik"in əsas hissələrini, o cümlədən mikroelektronika və digər həlledici komponentlərini əldə edib.
Избранный
18
50
moderator.az

10Источники