RU

Mirzoyan faşizm üzərində qələbənin 80 illiyinə İrəvanda hitlerçilərin heykəlləri ilə gedir...

Image

Njdenin heykəlini və Dronun qəbrini müqəddəs dəyər sayan Ermənistan qələbənin 80 illiyinə hazırlasır?!

Bu gün Ermənistanın rəsmi şəxsləri mötəbər tədbirlərdə riyakarlıq edirsə, öz adlarını ağ yalanla başqalarına qoyursa, onlarla sülh danışıqları aparan Azərbaycan rəsmilərinin hansı əsəb gərginliyi keçirdiyini anlamaq o qədər də çətin deyil. 

Ölkənin baş diplomatı erməni xalqının ən şərəfsiz tarixini böyük "şərəflə" anır. İrqi ayrıseçkiliklə heç bir problemi olmayan dövlətlərin nümayəndələri susduğu halda, Ararat Mirzoyan həyasızcasına erməni xalqının irqi ayrıseçkilik və dözümsüzlüklə mübarizəyə "verdiyi töhfəni" xüsusi vurğulayır. Bu, həyasızlığın dünyada görünməmiş səviyyəsidir.

Belə ki, MDB Dövlət Başçıları Şurasının iclası ərəfəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının iclasında 2025-ci ildə Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi ilə bağlı baş verəcək hadisələrdən danışıb. Ermənistan XİN rəhbəri erməni xalqının faşizm, irqi ayrıseçkilik və dözümsüzlüklə mübarizəyə "verdiyi töhfəni" xüsusi vurğulayıb.

İki yüz il əvvəl indiki Ermənistan ərazisinin yerli əhalisinin 95 faizi türk-müsəlman əhalisi olub. Rusiya-Qacarilər (indiki İran) müharibəsinin sonu olaraq bağlanan Türkmənçay sulh müqaviləsinə əsasən Araz çayının şimal sahillərinə qədər olan Qacarilər dövlətinin (indiki İran) əraziləri çar Rusiyasının sərəncamına keçir. Müqavilə Qacar taxt-tacının vəliəhdi, Naib-əs-səltənət, Azərbaycan canişini, Azərbaycan Ordusunun Sərdarı (ordu generalı) Abbas Mirzə və Ukrayna mənşəli rus sərkərdəsi İvan Paskeviç tərəfindən imzalanıb. Müqaviləyə əsasən, hazırkı Ermənistanın ərazisi, Naxçıvan Muxtar Respublikasının ərazisi, Azərbaycan Respublikasının cənub bölgəsinin bir hissəsi və indi Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsi Rusiyaya verildi. İmzalanan Türkmənçay sülh müqaviləsinin 12-15-ci maddələri ermənilərin Azərbaycan xanlıqlarının ərazilərinə köçürülməsinə, onlara tanınan imtiyazlara, əsirlərin qaytarılması və başqa məsələlərə həsr edilmişdi. Bu müqavilədən də göründüyü kimi, ermənilər indiki Ermənistan və Qarabağ ərazilərinə 200 il əvvəl çar Rusiyası tərəfindən köçürülüb. Elə isə, bu ərazilərin aborugenləri olan türk-müsəlman əhali 200 il ərzində hara yoxa çıxdı? Əlbəttə, onları ermənilər rusların köməyi ilə məhv edib və doğma yurdundan qovub. Əsl irqi ayrıseçkiliyin, etnik təmizləmənin bariz nümunəsi budur. Bu etnik təmizləməni məhz erməni icması törədib. Ermənilər çar Rusiyasının, Sovet Rusiyasının və Rusiya Federasiyasının dəstəyi ilə 95 faizi turk-müsəlman əhalisi olan indiki Ermənistanı monoetnik dövlətə, yalnız ermənilərin yaşadığı ölkəyə çevirib. Hazırda bu ölkədə əhalinin 99 faizi etnik ermənilərdən ibarətdir. Hətta ermənilərə öz maraqları naminə dövlət quran Rusiyaya güzəştə getməyiblər, etnik rusları belə ölkədən qovublar. Belə bir dövlətin baş diplomatı irqi ayrıseçkiliyə qarşı mübarizədən dəm vurur.

Ermənistanın baş diplomatı onu da qeyd edir ki, Ermənistan Böyük Vətən müharibəsi qələbəsinin 80 illiyinə hazırlaşır. Lakin hələ də Ermənistanda Alman faşizminə xidmət göstərən ermənilərin heykəllərini sökməyiblər.

Ermənistan konkret olaraq Alman faşizminə xidmət göstərən Qaregin Njdeyə abidə qoyub.

İkinci Dünya müharibəsi illərində Dro ləqəbli Drastamat Kanoyan Qaregin Njde ilə birlikdə əsirlərdən ibarət faşist ordusu olan Vermaxtın tərkibində (8 fevral 1942-ci ildə yaradılmış) Sovet Ordusunun erməni hərbi əsirlərindən ibarət erməni legionu hissələrinin formalaşmasında iştirak edib və Rusiyanın sələfi olan Sovet Ordusuna qarşı döyüşüblər.

1956-cı ildə Bostonda (ABŞ) dəfn edilən Dro 2000-ci il may ayında Ermənistandakı Aparanda (keçmiş Baş-Aparan) - Böyük Vətən müharibəsinin qəhrəman döyüşçülərinin xatirəsinə ucaldılmış abidənin yanında yenidən dəfn edildi. Bu necə məntiqdir - Böyük Vətən müharidəsi qəhrəmənları hara, nasizmə xidmət göstərən Dro hara?

Nasist ordusunun tanınmıs sərkərdəsi Qaregin Njde bu gün Ermənistanın milli qəhrəmanı kimi təqdim edilir, heykəlinin önündə daima tər çiçəklər əsir. Ermənistan bununlamı qələbənin 80 illiyinə hazırlaşır?!

Bu gün Rusiya da Ermənistanın bu əməlinə göz yumaraq ikiüzlülük edir, ermənilərə yaltaqlanır ki, bəlkə yeniden İrəvan Moskvanın qucağına qayıtmaq haqqında qərar qəbul edər. Paşinyan da, hiyləgər axmağı aldadan kimi, arada bir deyir ki, hələ hər şey itirilməyib...

BMT Baş Assambleyasının 17 dekabr 2015-ci ildə Rusiyanın təşəbbüsü ilə qəbul etdiyi və Ermənistanın da lehinə səs verdiyi “Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrıseçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı, A/RES/70/139 nömrəli qətnaməsini və digər sənədləri əsas tutaraq beynəlxalq ictimaiyyət, xüsusilə də Rusiya işğalçı dövlət olan Ermənistanın bu əməlinə adekvat reaksiya verməlidir. Ona görə ki, həm bu qətnamənin qəbulu Rusiyanın təşəbbüsü ilə baş tutub, həm də nasistlər birbaşa indiki Rusiya Federasiyasının sələfi olan SSRİ ilə döyüşüb, daha çox rus xalqına ziyan vurub. Buna baxmayaraq, hələ də Rusiyanin müttəfiqi olan Ermənistanda Dronun qəbri və Njdenin heykəli xalqın müqəddəs dəyəri sayılir.

Yeri gəlmişkən, Nikol Paşinyanın babası - Nikol Vartanoviç Paşinyanın da Qaregin Njdenin "SS" (Vermaxt) erməni legionunda döyüşdüyü və Şərq cəbhəsində həlak olduğu barədə təkzibedilməz faktlar var.

Akif NƏSİRLİ





Избранный
16
baki-xeber.com

1Источники