RU

UNEC ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkiyə Rəqabət Qurumu arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə Türkiyə Rəqabət Qurumunun rəhbəri Birol Külenin başçılıq etdiyi nümayəndə heyəti, UNEC-in rektoru professor Ədalət Muradov və universitetin müvafiq strukturlarının rəhbərləri iştirak ediblər.

Rektor, professor Ədalət Muradov UNEC-ə göstərdiyi diqqətə görə Rəqabət Qurumunun rəhbərinə təşəkkürünü bildirərək, əməkdaşlığın əhəmiyyətindən söz açıb: “Keyfiyyətli təhsil qlobal əmək bazarına fokuslanmalıdırlar. Bu baxımdan Türkiyə Rəqabət Qurumu ilə imzalanacaq memorandum xüsusi əhəmiyyət kəsb edir. Tələbələrin rəqabət sahəsində biliklərinin artırılmasında, eləcə də gənc müəllimlərin təcrübələrinin genişləndirilməsində bu əməkdaşlıq mühüm rol oynayacaq. Universitet olaraq, Türkiyə Rəqabət Qurumunun ehtiyac duyduğu sahələrdə təhsil verməyi də nəzərdə tutmuşuq. Əminəm ki, əməkdaşlığımız, birgə araşdırmalarımız Azərbaycanda rəqabət sahəsinə töhfələr qazandıracaq”.

Избранный
11
6
azpolitika.info

10Источники