“Honda” sükan idarəetməsi problemlərinə görə təxminən 1,7 milyon avtomobili geri çağıracaq.

İndex.az xəbər verir ki, ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən verilən açıqlamada, sözügedən qərarın hansı modellərə aid edildiyi bildirilib.

İndex.az “Honda”nın geri çağıracağı modelləri sizə təqdim edir:

2022-2025 model “Civic”, “Civic Hatchback”

2023-2025 model “Acura Integra”, “Civic Type R”, “CR-V Hybrid”, “CR-V”, “HR-V”

2024-2025 model “Acura Integra Type S”,

2025 model “CR-V Fuel Cell EV”, “Civic Hybrid”, “Civic Hatchback Hybrid”