RU

“Honda” 1,7 milyon avtomobili geri çağırır

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyanın avtomobil istehsalçısı  “Honda Motor” sükan mexanizmindəki problemlərə görə ABŞ-də təxminən 1,7 milyon avtomobili geri çağırır.

Banco.az xəbər verir ki, bu barədə “MarketWatch” portalı Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.

Məlumata görə, geri çağırılma 2022-2024-cü il “Civic Type R”, “Civic Hatchback”, “Acura Integra” və “CR-V” daxil olmaqla bir neçə modelə şamil ediləcək.

Bildirilir ki, bu avtomobillərdəki sükan mexanizmlərində avtomobilin idarə edilməsini çətinləşdirən və qəza riskini artıran istehsal qüsurları ola bilər.

Avtomobil sahiblərinə nasazlıqların aradan qaldırılması üçün səlahiyyətli “Honda” dilerinə müraciət etmələri tövsiyə olunur.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
14
banco.az

1Источники