RU

Daşkəsəndə Vətən müharibəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinintəşkilatçılığı və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 9oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsinin 4-cüildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Trend xəbərverir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimaiBirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdən öncə “Zəfər” Şəhid Ailələrinə Dəstəkİctimai Birliyinin sədri Sevinc Orucova və Daşkəsən Rayon İcraHakimiyyətinin nümayəndələri Daşkəsən rayonunun Şəhidlər Xiyabanınıziyarət ediblər.

Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələrininiştirakı ilə keçirilən tədbir dövlət himninin səslənməsi vəşəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsiilə başlanıb. Tədbir ərzində Vətən uğrunda canlarından keçənqəhrəman şəhidlərimizin xatirəsi yad edilib.

Tədbirin sonunda tədbirdə iştirak edən 80-dən çox şəhid ailəsiüzvləri üçün ehsan süfrəsi açılıb və onlara müqəddəs Qurankitabları hədiyyə olunub.

Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Daşkəsəndə
Избранный
10
7
az.trend.az

7Источники