RU

AFFA-nın vitse-prezidenti UEFA-dan təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti dəfə təyinat alıb.
 
O, UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
 
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Избранный
2
28
moderator.az

10Источники