RU

Türkiyənin Azərbaycana hazır geyim ixracı azalıb

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin Azərbaycanahazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə19,8 faiz azalaraq, 45,6 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə Azərbaycana 6,4 milyon dollarməbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilinsentyabr ayı ilə müqayisədə 10,7 faiz azdır.” – deyə nazirlikdənbildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyəninhazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə8,5 faiz azalaraq, 13,6 milyard dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,6 milyard dollar məbləğindəhazır geyim məhsulları ixrac edib ki, bu da keçən ilin sentyabr ayıilə müqayisədə 5 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023-sentyabr 2024)Türkiyə 18,3 milyard dollar məbləğində hazır geyim məhsulları ixracedib.

Избранный
80
38
az.trend.az

10Источники