RU

FIBA Avropa Kuboku: “Sabah” ilk oyununu keçirib

Kişi basketbolçulardan ibarət “Sabah” klubu FIBA Avropa Kubokunda ilk oyununu keçirib.

Təmsilçimiz G qrupundakı ilk matçında Belçikanın “Spiru” kollektivinə uduzub.

Belçikadakı “Şarlerua Doum” arenada baş tutan qarşılaşma təmsilçimizin 81:82 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu komanda növbəti görüşünü oktyabrın 16-da Yunanıstan təmsilçisi "Marussi"yə qarşı keçirəcək.

Избранный
11
7
cbcsport.az

7Источники