RU

Teymur Rəcəbovu “Peaky Blinders” obrazında paylaşdılar - FOTO

Şahmatçı Teymur Rəcəbovun üzvü olduğu “Triveni Continental Kings” şahmat komandasının rəsmi səhifəsi onu fərqli obrazda paylaşıb.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb qrossmeysterimizin Qlobal Şahmat Liqasının 8-ci turunda rəqibi Pərham Maqsudlanı qara fiqurlarla məğlub etməsi olub.

Bu nəticə “Triveni Continental Kings” komandasına matçda heç-heç etməyə və ilk üçlükdə qalmağa imkan verib.

T. Rəcəbov isə görüşün ən yaxşı oyunçusu seçilib.

Komanda öz saytında Teymur Rəcəbovu Britaniyanın məşhur “Peaky Blinders” serialının qəhrəmanı Tomas Şelbi obrazında paylaşıb. Portretin altında isə “Matçın oyunçusu” sözləri yazılıb.

"Cebheinfo.az"

Избранный
11
2
cebheinfo.az

3Источники