RU

Maliyyə olmasa qlobal emissiyaların azalmasına nail olmaq mümkün deyil- COP28-in Prezidenti

Maliyyə olmasa qlobal emissiyaların azalmasına nail olmaq mümkün olmayacaq. Bunu BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-COP29) COP28-in Prezidenti Sultan Əl Cabir deyib.

"Maliyyələşmə vacib elementlərdən biridir. Maliyyə olmasa qlobal emissiyaların azalmasına nail ola bilmərik. Xüsusən həsas qruplar üçün. 

Hər bir ölkənin üstünə düşən öhdəliyi artırmalıyıq. Şəffaflıq hesabatımız ilin sonuna kimi hazır olacaq. İqlimlə bağlı öhdəliklər çox vacibdir.  Bütün tərəfləri köməyə çağırıram. Biz istəyirik ki,  iqlim dəyişikliyi ilə bağlı öhdəliklər icra olunsun və reallığa çevrilsin",- COP28 prezidenti söyləyib.
 
Gülnar Nazimqızı

www.anews.az
Избранный
16
anews.az

1Источники