RU

“Ukrayna Kursku hələ bir neçə ay əlində saxlaya bilər” - “Bloomberg”

Amerika Birləşmiş Ştatları hesab edir ki, Ukrayna ən azı daha bir neçə ay Rusiya Federasiyasının Kursk vilayətindəki ərazilərini öz əlində saxlaya biləcək. Gələcəkdə bu ərazilər Moskva ilə danışıqlarda “rıçaq” ola bilər.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg” nəşri yazıb.

Yazıda qeyd edildiyinə görə, ABŞ rəsmiləri deyirlər ki, Ukrayna Kursk bölgəsində böyük təchizat problemi ilə üzləşmir, çünki rus qoşunları əsasən Ukraynanın şərqindəki hücumlara cəlb edilərkən Kurskda yalnız kiçik əks-hücumlar həyata keçirir.

Müttəfiqlərin, xüsusən də Çexiyanın köməyi, habelə ABŞ və Fransanın artilleriya imkanlarını gücləndirmək üçün dəstəyi sayəsində Ukrayna qüvvələri indi artilleriya təchizatında sabitlik yaşayır.

Nəşr qeyd edir ki, yayda Ukraynanın Kursk vilayətindəki hücumu müttəfiqləri heyrətə salan əhəmiyyətli uğur olub, lakin Rusiyanın əks-hücumları zamanı mümkün itkilərlə bağlı narahatlıqlar yaranıb: “Prezident Volodimir Zelenski qeyd edib ki, Ukrayna ələ keçirdiyi ərazilərdən gələcək danışıqlarda təsir rıçaqları kimi istifadə edə bilər, baxmayaraq ki, bu danışıqların nə vaxt keçiriləcəyi hələ məlum deyil.

Müttəfiqlər həmçinin Zelenskinin münaqişəyə son qoymaq yollarını tapmaqda daha çevik yanaşmaya açıq ola biləcəyinə inanırlar. Bu arada, Ukrayna qışda özünü necə daha yaxşı qorumağı planlaşdırır və yeni briqadaların, əlavə silahların cəlb olunması ilə gələn il yeni əməliyyatlara hazırlaşır”.

“AzPolitika.info”

Избранный
10
29
azpolitika.info

10Источники