RU

Raul Ançelottinin yanına gəlir

“Real”ın gənclər komandasının baş məşqçisi Raul mövsümün sonunda postunu tərk edəcək.

İdmanxeber.az-ın məlumatına görə, onu Madrid klubunun sabiq müdafiəçisi, hazırda U-19 komandasını çalışdıran Alvaro Arbeloa əvəz edəcək. Raul klubda başqa vəzifə tutacaq.

Onun Karlo Ançelottinin məşqçilər korpusunda yer ala biləcəyi qeyd olunur.

Raul 2019-cu ildən “Real” gənclər komandasına rəhbərlik edir. 

Избранный
19
idmanxeber.az

1Источники