RU

Futzal çempionatı ilə bağlı qərar verildi

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

"Football-plus.az" xəbər verir ki, İK üzvləri yüksək liqanın 2024-25-ci il mövsümündə iştirak edəcək komandaların siyahısını təsdiqləyib.

Bu çempionatda 6 komanda - “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Yasamal Bakı”, U-19 və “Şuşa” iştirak edəcək. Mövsümün püşkü oktyabrın 15-də, saat 14.00-da AFFA-nın konfrans zalında atılacaq. 1-ci turun oyunları oktyabrın 22-də keçiriləcək. Birinci liqada isə 12 komanda iştirak edəcək. Oyunlara oktyabrın 20-də start veriləcək.

“Yay Transfer pəncərəsi” oktyabrın 21-i, saat 23.59-da bağlanacaq.

Qeyd edək ki, artıq 3 mövsümdü ki, yüksək liqada 6 komanda iştirak edir.

Избранный
4
1
football-plus.az

10Источники