RU

Ziraat Bank Azərbaycandan biznes sahiblərinə endirim kampaniyası!

Ziraat Bank Azərbaycan Bankın 10 illiyi ərəfəsində hüquqi şəxs və fərdi sahibkarları dəstəkləmək üçün kampaniya keçirir. Kampaniya çərçivəsində dünyanın 19 ölkəsində fəaliyyət göstərən Ziraat Maliyyə Qrupunun üzvü olan Ziraat Bank Azərbaycan, bankda ilk dəfə xarici ticarət əməliyyatı edən müştərilərinə ilin sonunadək bu əməliyyatlar üzrə pul köçürmələrində komissiyalara 50%-dək endirim tətbiq edib.

Ölkənin real sektoruna hərtərəfli dəstəyi özü üçün ən önəmli istiqamət olaraq seçən Ziraat Bank Azərbaycan, xarici ticarətdə istifadə edilən akkreditiv və təminat məktublarını öz geniş müxbir şəbəkəsi vasitəsilə dünyanın müxtəlif ölkələrinə sərfəli şərtlərlə çatdırmaq imkanına sahibdir. Bank eyni zamanda bu sahədə kifayət qədər təcrübəsi olmayan və ya ilk dəfə ixrac və idxalda bu xidmətlərdən istifadə edən müştərilərə ödənişsiz məsləhət, akkreditiv və qarantiya mətnlərinin hazırlanmasına dəstək kimi xidmətlərini də təqdim edir.

Qeyd edək ki, Ziraat Bank Azərbaycan, “Ziraat Maliyyə Qrupu”nun üzvü olaraq xarici ölkələr arasında əhəmiyyətli nüfuza malikdir. Bu da güvənli xarici ticarət xidmətlərinin göstərilməsində əsas amillərdən biridir. Diqqətəlayiqdir ki, Bank xarici ticarət istiqamətində göstərdiyi üstün xidmətlərə görə “Global Finance” beynəlxalq nəşri tərəfindən iki il ard arda  “İlin ən yaxşı xarici ticarət xidmətini təqdim edən bank” mükafatına layiq görülmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
4
10
banco.az

10Источники