RU

Paris yağıntı miqdarına görə yüzillik rekordunu qırdı: Milli Assambleya selə qərq oldu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransa, ölkəyə güclü leysan yağışları gətirən "Kirk" siklonunun əsarətindədir.
Oxu.Az-ın "BFM TV" telekanalına istinadla məlumatına görə, respublikanın təxminən 64 min sakini elektrik enerjisiz qalıb.
Yerli hakimiyyət orqanları sakinləri ehtiyatlı olmağa və mümkün təxliyəyə hazır olmağa çağırıb.
Fransanın 29 departamenti Sena və Marna çaylarında yağış və daşqın təhlükəsinə qarşı yüksək hazırlıq vəziyyətindədir. Bir çox prefekturalarda təhlükəsizlik məqsədilə məktəblərdə dərslər ləğv edilib.
Fransız paytaxtı da əlverişsiz hava şəraitindən ciddi zərər çəkib. Paris yağıntı miqdarına görə yüzillik rekordunu qırıb.
Sosial şəbəkələrdə yayılan kadrlarda Fransa Milli Assambleyasının binasının da qasırğadan zərər çəkdiyi görünür.
Избранный
12
50
oxu.az

10Источники