RU

"Təzyiqlərə baxmayaraq mövqeyimizdən əl çəkməyəcəyik" -Siyarto

Macarıstan üçüncü ölkələrin təzyiqlərinə baxmayaraq, Ukrayna ilə bağlı sülhsevər mövqeyindən əl çəkmək niyyətində deyil. Bunu Sankt-Peterburq Beynəlxalq Qaz Forumunun plenar iclasında çıxış edən Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.

Oktyabrın 9-da Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Macarıstanın baş naziri Viktor Orbanla debat zamanı onun Ukraynadakı münaqişənin həlli istiqamətindəki səylərini sərt şəkildə tənqid etmişdi. O, Kiyevə nəyin bahasına olursa olsun hərtərəfli dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib. 

Orban Ukraynanın Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcəyini də bəyan edib.

Bundan əvvəl isə Orban Macarıstanın Ukraynadakı “sülh missiyasının” nəticəsini açıqlamışdı.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladı. Amma bu da uğurlu olmadı. Bu il Ukrayna ordusu gözlənilmədən Rusiya ərazisinə daxil olub. Kurskun bir hissəsi zəbt edilib. Lakin son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Избранный
19
news365.az

1Источники