RU

Yağış, şimşək, dolu... SABAHIN HAVASI

Oktyabrın 11-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Korrespondent.az-a verilən məlumata görə, əsasən səhər və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 15-19°, gündüz 20-24° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 12-17°, gündüz 22-27°, dağlarda gecə 6-11°, gündüz 14-18° isti olacaq.

Избранный
73
49
korrespondent.az

10Источники