"InMerge" İnnovasiya Sammiti çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 milyon dollar dəyərində "InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanıb.
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında məlumat verib:
"Fondun fəaliyyəti Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında startaplara kapital qoyuluşunu təmin etməklə inkişaf edən ölkələrdə iqtisadi artıma töhfə verəcək".