RU

Pre-COP29 çərçivəsində “Troyka ölkələrinin 1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusu müzakirə edilib

Bakı. Trend:

Pre-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30sədrliklərinin birgə təşkilatçılığı ilə “Troyka ölkələri”nin “1,5dərəcə Selsi missiyası üçün Yol xəritəsi" mövzusunda yan tədbirkeçirilib.

Trend xəbərverir ki, tədbirdə COP29-un müəyyən edilmiş Prezidenti,Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar BabayevCOP29 çərçivəsində İnsan İnkişafı Günü keçiriləcəyini deyib: “Beləki, bütün tərəfləri cəlb etməklə insan inkişafı, irriqasiya vəgənclərlə bağlı tədbir olacaq. Biz ambisiyaları genişləndirməli,ölkələrə istixana qazlarını azaltmalarına imkan yaratmalıyıq.Şəffaflıq inam və etibar quruculuğu istiqamətində vacib addımdır.Bizim fəaliyyətimiz koordinasiyalı olmalı, iqlim dəyişikliyi iləmübarizəyə maliyyə cəlb etməliyik. Bizim fəaliyyətimiz iqlimdəyişikliyinin fəsadlarının aradan qaldırılmasına hesablanmalıdır.İqlim dəyişmələri ilə mübarizə fondunun yaradılması dövlət və özəltərəfləri bir araya gətirəcək”.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirininmüavini Yalçın Rəfiyev COP29-un iqlim dəyişmələri problemindəpraktiki həllər tapmağa imkan yaratdığını diqqətə çatdırıb:“Düşünürəm ki, COP29 bu istiqamətdə həlledici rol oynayacaq. Biztəcrübələrlə yanaşı, eyni zamanda, geniş tərəfdaşlıqlar qurub,mövcud tərəfdaşlıqları inkişaf etdirəcəyik. Dayanıqlı gələcəkqurmaq, 1,5 planına sadiq qalmaq bizim əsas hədəfimizdir”.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıltexnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbir deyib:“COP29 ekologiyanın qorunması istiqamətində harmoniya yaratmalı,bir körpü rolu oynamalıdır. Düşünürəm ki, burada müzakirə olunansəylər öz bəhrəsini verəcək. Dünyanın ən böyük iqlim üzrə tədbirihər bir ölkənin üzərinə düşən işləri açıq şəkildə müzakirə etməyəşərait yaradır. Beynəlxalq əməkdaşlıq hər bir səviyyədə mühümdür.Bu əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələri paylaşmalı,texnologiyaları tətbiq etməliyik. İnvestisiyalar karbonsuzlaşmağayatırılmalıdır. Biz real iqlim dözümlülüyü yaradırıq və karbonqazının azaldılması istiqamətdə addımlar atırıq”.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçıkatibi Saymon Stil qeyd edib ki, hər hansı bir işdə nəticə əldəetmək yalnız əməkdaşlıq çərçivəsində mümkündür: “Biz COP29çərçivəsində iqlim problemlərinin təsir etdiyi bütün sahələrdə yenihəll yolları tapmaq istəyirik. COP29 yeni həll yolları tapmaq üçünstimullaşdırıcı rol oynamalıdır. Paris Sazişində qeyd olunanlarbütün ölkələrin gələcək ekologiya siyasəti üçün xəritədir.Düşünürəm ki, Azərbaycanda keçirilən COP29 bu xəritəyə işıqtutacaq”.

Brazilyanın Xarici İşlər Nazirliyinin İqlim, enerji və ətrafmühit üzrə katibi Andre Korrea do Laqo deyib: “Müşahidələr göstərirki, çətin durumdayıq, ciddi parçalanma, pərakəndəlik var. Lakingələcək üçün addım atmalı, çoxtərəfliliyi təşviq etməliyik. Biz BƏƏkonsesusunu qiymətləndirir, Bakıdan yüksək nəticə gözləyirik.Braziliya çoxtərəfli legitimliyə inanır. Odur ki, beynəlxalqəməkdaşlıq istiqamətlində bizə güvənə bilərsiniz. Ümumilikdə,gördüyümüz işlər çoxtərəfliliyi təşviq etməlidir”.

Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı VopkeHoekstranın sözlərinə görə, geosiyasi problemlər çox mürəkkəbməsələdir, ancaq bu, bəhanə ola bilməz: “Dubayda əldə olunannailiyyətlər genişləndirilməlidir. Bizim 2050-ci ilədək xalis sıfırkarbon emissiyasına nail olmaq məqsədimiz var. Bu sahədə elmiaraşdırmalar üçün digər ölkələrə dəstək olmaq vacibdir. Bir sıralayihələr var ki, bunların icrası mütəxəssislərin iştirakı iləsürətləndirilməlidir. İqlim dəyişikliyinin Yer kürəsinə təsiri vəölkələrin bu istiqamətdə görməli olduğu işlər müzakirə olunmalıdır.Biz hədəflərimizin 90 faizini 2040-cı ilə qədər yekunlaşdırmaqistəyirik”.

BMT Baş katibinin birinci müavini Amina Mohammed qeyd edib ki,COP29 kollektiv məqsədin müəyyənləşdirilməsi istiqamətində birtestdir: “Dünyanın belə tədbirlərə böyük ehtiyacı var. Qlobal dünyabacardığımızı görməlidir. Qarşıdakı aylar çox önəmlidir. Cəsarətliolmalı, fəaliyyəti gücləndirməliyik. Geriyə yol yoxdur, yalnızirəli gedəcəyik. Troyka bizdən NDC ilə bağlı koordinasiya olunmuşdəstək tələb edir. Biz lazım olan dəstəyi üzərimizə götürməkləbağlı tələb edirik ki, bütün sektorlar hökumət səviyyəsindəəməkdaşlıq etsinlər. Bütün tərəfdaşları dəstək göstərmək üçün bizəqoşulmağa səsləyirəm. Bizim vaxtımız tükənir. Beynəlxalqictimaiyyət olaraq öhdəliklər götürmüşük. Biz milli öhdəliklərinyerinə yetirilməsinə baxacağıq. Troyka çərçivəsində milliöhdəliklərin necə həyata keçirilməsini monitorinq etmək və milliiqtisadiyyatlardakı dəyişiklikləri izləmək niyyətindəyik”.

Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yenbeynəlxalq əməkdaşlığın vacibliyindən danışıb: “İqlim dəyişmələriməqsədlərinə yalnız beynəlxalq əməkdaşlıqla nail olmaq olar. Eynizamanda, innovativ maliyyələrin cəlbinə ehtiyac var. Biz buməsələdə israrlıyıq. Eyni zamanda karbonsuzlaşdırma layihələri iləbağlı özəl şirkətləri də cəlb etməliyik”.

COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu NigarArpadarai deyib: “Tərəflərin Paris Sazişinin şərtlərinə əməl etməsiüçün onlara dəstək göstərmək vacibdir. Biz prosesin inklüzivşəkildə həyata keçirilməsinə imkan yaratmalıyıq. Regionlar vəşəhərlər ambisiyalarını genişləndirə, vətəndaş cəmiyyətləri vəyerli icmalar milli iqlim dəyişikliyi planlarının icrasına çoxböyük töhfə verə bilərlər. Biz gələcək nəsillərə təmiz və sağlamgələcək ötürmək istəyirik. Yeni imkanların yaradılması bizim üçünolduqca vacibdir. İqlim dəyişikliyi ilə mübarizədə dövlət və özəlsektor tərəfdaşlığı çox önəmlidir. Bəzi sahələr var ki, oradaəməkdaşlıq bizim üçün çox önəmlidir”.

Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının başkatibinin xüsusi müşaviri Firdaous Oussidhoum iqlim dəyişikliyininfəsadları barədə danışıb: “İqlim dəyişikliyinin fəsadlarısərhədləri aşır. Ölkələr artıq düzgün strategiya yaratmalıdırlar.iqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür”.

Keniyanın Ətraf Mühit, İqlim Dəyişikliyi və Meşə TəsərrüfatıNazirliyinin Baş katibi Festus Ng’eno qeyd edib ki, beynəlxalqəməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə ən vacib alətlərdənbiridir: “Bu istiqamətdə COP29 olduqca ideal platformadır. Afrikaölkələri arasında beynəlxalq əməkdaşlıq genişləndirilməlidir.Afrika ölkələri iqlim dəyişikliyinin təsirlərinə ən ağır formadaməruz qalan ölkələrdir. Qida təhlükəsizliyi, su problemləri iləmübarizə bizim xalqların mövcud reallığıdır. Əməkdaşlıq bizimyeganə çıxış yolumuzdur”.

Tədbir müzakirələr və sual-cavab qismi ilə davam edib.

Избранный
10
4
az.trend.az

5Источники