RU

Rafael Nadal peşəkar karyerasına xitam verir

22 qat “Böyük Dəbilqə” çempionu, dünyanın keçmiş bir nömrəsi, ispan tennisçi Rafael Nadal peşəkar karyerasını bitirəcəyini açıqlayıb.

Arena.az məlumat verir ki, Nadal müvafiq qərarını Devis Kubokunun finalından sonra rəsmiləşdirəcək:

“Mən sizə peşəkar tennisdən getdiyimi bildirmək üçün buradayam. Gerçəklik budur ki, çətin bir neçə il yaşadım, xüsusən də son iki ili. Düşünmürəm ki, məhdudiyyətsiz oynaya bildim. Bu qərar, şübhəsiz ki, çətin bir qərardır və mənim üçün çox vaxt apardı.

Ancaq bu həyatda hər şeyin başlanğıcı və sonu var və düşünürəm ki, indi uzun və təsəvvür edə biləcəyimdən daha uğurlu olan karyerama xitam vermək zamanıdır.

Amma çox şadam ki, mənim son yarışın Devis Kubokunun finalıdır və ölkəmi təmsil edirəm. Düşünürəm ki, bu, tam dövrəyə girmək kimidir, çünki peşəkar tennisçi kimi ilk böyük sevinclərimdən biri 2004-cü ildə Sevilyadakı final idi”, – Nadal özünün sosial şəbəkə hesabları üzərindən paylaşb.

Xatırladaq ki, 2024-cü il Devis Kubokunun final mərhələsi noyabrın 19-dan 24-dək İspaniyanın Malaqa şəhərində keçiriləcək.

Избранный
16
2
arena.az

3Источники