RU

"InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanıb

Bu gün "InMerge" İnnovasiya Sammiti çərçivəsində Azərbaycan İnvestisiya Şirkəti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, "PASHA Innovation" və Türkiyənin "DSM Grup Danışmanlık İletişim ve Satış Ticaret" şirkəti tərəfindən 4 milyon ABŞ dolları dəyərində "InMerge" vençur fondunun yaradılması üzrə Birgə İştirak Müqaviləsi imzalanıb.

FED.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesablarında məlumat verən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, Fondun fəaliyyəti Qafqaz, Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropa, eləcə də Yaxın Şərq və Şimali Afrika regionlarında startaplara kapital qoyuluşunu təmin etməklə inkişaf edən ölkələrdə iqtisadi artıma töhfə verəcək.

Избранный
7
4
fed.az

5Источники