RU

"Səni dost adlandıra bilmək mənim üçün şərəfdir" - Kriştianu Ronaldu

"Əl-Nəsr"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Böyük Dəbilqə" turnirinin 22 qat qalibi, dünyanın sabiq bir nömrəli raketka ustası Rafael Nadalın karerasını bitirmək qərarına münasibət bildirib.

Fanat.Az xəbər verir ki, 39 yaşlı forvard şəxsi "X" hesabı üzərindən Nadala müraciət ünvanlayıb:

"Rafa, sənin necə də inanılmaz karyeran olub! Sənin sədaqətin, ağlasığmaz istedadın dünyada milyonlarla insanı ilhamlandırıb. Sənin keçdiyin yola şahidlik etmək, səni dost adlandıra bilmək mənim üçün şərəfdir. Möhtəşəm karyeran münasibəti ilə təbrik edirəm! Haqq etdiyin istirahətdən zövq al".

Qeyd edək ki, Nadal bu gün Devis Kuboku - 2024-ün final mərhələsindən sonra peşəkar karyerasına son qoyacağını açıqlayıb. Sözügedən turnir 19-24 noyabr aralığında İspaniyanın Malaqa şəhərində keçiriləcək.

Nihat 

Избранный
4
fanat.az

1Источники