RU

bp-dən Azərbaycan, Gürcüstan və Türkiyədə atmosferə atılan tullantıların azaldılması planları barədə AÇIQLAMA

bp bərpa olunan enerji mənbələri sahəsindəki layihələr sayəsində Azərbaycanda, Gürcüstanda və Türkiyədə emissiyaları 11 faiz azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional strukturunun nümayəndəsi Aytən Hacıyeva Bakıda "PASHA Holding" tərəfindən 4-cü dəfə təşkil edilən "INMerge” İnnovasiya Sammitində deyib.

“Bilirsiniz ki, yaxın zamanda bp SOCAR və Azərbaycan İnvestisiya Şirkəti ilə razılaşma imzalayıb. Razılaşma çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi üzrə “Şəfəq” layihəsinin həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, bp “Səngəçal” terminalında “yaşıl” enerjinin tətbiqini də nəzərdə tutur. Bütün bu addımlar bp-nin regiondakı emissiyalarını 11 faiz azaltmağa imkan verəcək”, - o qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də, innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

Избранный
4
1
ekologiya.az

2Источники