RU

Fuad Muradov Malayziya rəsmiləri ilə ikitərəfli əməkdaşlığı müzakirə etdi (FOTO)

Bakı. Trend:

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İşüzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həmin ölkəninparlamentinin Senatının sədri Avanq Bemee (Awang Bemee) iləgörüşüb.

Trend xəbər verir ki, bubarədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, qonağı səmimi salamlayan Senat sədri iki ölkəninmünasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyinivurğulayıb, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29)Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığınıbildirib.

Səmimi qəbula görə təşəkkür edən Komitə sədri ötən ilAzərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının30 ilinin tamam olduğunu məmnunluqla xatırladıb. Azərbaycanın 20faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətindəBMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalardaölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Malayziyahökumətinə və xalqına minnətdarlıq edib.

Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin tarixi,fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədəməlumat verən sədr iki ölkə arasında böyük əməkdaşlıqperspektivlərinin olduğunu vurğulayıb, Azərbaycan icmasınınMalayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsilimkanları barədə fikirlərini bölüşüb.

Görüşdə Malayziya parlamentinin senatorları Manolan bin Mohamad,Tuan İsaiah D.Jacob, Nelson Renganathan və Zurainah Musa da iştirakediblər.

Komitə sədrinin növbəti görüşü Malayziya parlamentinin QərbiAsiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan iləolub. Bu ilin may ayında Azərbaycana səfər etdiyini xatırladanmalayziyalı deputat iki ölkə arasında vizasız rejimin mövcudluğunuikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisikimi qiymətləndirib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindənyaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verənFuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraqsoydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi,xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda millikimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri iləhəyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyadatəhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsibarədə fikirlərini açıqlayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafındaəməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Komitə sədri Malayziyanın ali təhsilnazirinin müavini Mustafa Sakmud ilə də görüşüb. İki ölkə arasındamünasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən nazir müaviniqarşılıqlı tələbə mübadiləsi sahəsində fəaliyyətingücləndirilməsinin vacibliyini vurğulayaraq, “Biz onlaraMalayziyada Azərbaycan diasporunun gələcək üzvləri kimi baxırıq”söyləyib.

Azərbaycanda təhsilə dövlət qayğısı haqqında söz açan FuadMuradov Xaricdə Təhsil üzrə Dövlət Proqramı, bu il Xankəndidəfəaliyyətə başlayan Qarabağ Universiteti, DİDK-nın dəstəyi iləfəaliyyət göstərən Azərbaycan evləri və həftəsonu məktəblərihaqqında məlumat verib.

Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə AzərbaycanınMalayziyadakı səfiri İrfan Davudov da iştirak edib.

Fuad
Fuad
Fuad
Fuad
Fuad
Fuad
Fuad
Fuad
Fuad
Избранный
25
7
az.trend.az

9Источники