RU

UNEC-də “Şuşada Bitən Yuxu” kitabının təqdimatı keçirilib - FOTOLAR

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Vətən müharibəsində şəhid olan Teymur Məcidzadənin doğum günü münasibətilə “Şuşada bitən yuxu” kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov, millət vəkilləri, şəhidin ailəsi və digər qonaqlar iştirak ediblər.

QHT.az xəbər verir ki, mərasimdən əvvəl iştirakçılar UNEC-in şəhid olmuş tələbə və məzunlarının Xatirə Kompleksini ziyarət edərək, gül dəstələri düzüblər. Professor Muradov, Azərbaycanın bütövlüyü uğrunda 48 UNEC tələbə və məzununun şəhid olduğunu qeyd edərək, onların xatirəsinin daima uca tutulacağını vurğulayıb.

Şəhidin anası Yasəmən xanım övladının vətən sevgisi ilə qürur duyduğunu bildirib. Tədbirdə Teymur Məcidzadəyə həsr olunmuş videoçarx nümayiş olunub və bədii hissədə musiqi və şeir parçaları səsləndirilib. Kitabın müəllifi Könül Qurbanova, əsərdə şəhidin qısa, lakin şərəfli həyat yolunun yer aldığını vurğulayıb.

Teymur Məcidzadə 2020-ci il 9 noyabrda, Şuşanın alınmasına saatlar qalmış qəhrəmancasına şəhid olub və ölümündən sonra bir sıra medallarla təltif edilib. Kitabın təqdimatı UNEC Kitabxana İnformasiya Mərkəzinin və Tələbə Həmkarlar İttifaqı Təşkilatının dəstəyi ilə keçirilib.

 

Pərvanə Fərhadqızı

Избранный
31
qht.az

1Источники