RU

Quterreş BRİKS sammitində iştirak edəcək

BMT-nin baş katibi Antonio Quterreş BRİKS-in Kazanda keçiriləcək sammitində iştirak etmək niyyətində olduğunu bildirib.Bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Onun sözlərinə görə, Quterreş məsələ ilə bağlı BMT Baş Assambleyası çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə bildirib.

BRİKS sammiti oktyabrın 22-dən 24-nə qədər Kazanda keçiriləcək.
www.anews.az
Избранный
14
50
anews.az

10Источники