RU

Ronalda məşhur idmançıya müraciət etdi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını başa vurduğunu elan edən ispan tennisçi Rafael Nadala müraciət edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ronaldo İnstaqram səhifəsində paylaşım edib.

“Rafa, bu, inanılmaz bir karyera idi. Fədakarlığınız, ehtirasınız və inanılmaz istedadınız bütün dünyada milyonlarla insanı ruhlandırdı. Karyeranızı görmək və sizi dost adlandırmaq mənim üçün şərəfdir. İstirahətinizdən zövq alın”, - Ronaldo paylaşımda yazıb.


Müəllif: Arzu
Избранный
21
teleqraf.com

1Источники