RU

Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyi gözlənilir

Bakı. Trend:

Azərbaycanda su ehtiyatlarında azalmanın davam edəcəyigözlənilir.

Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi“Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.

"Növbəti illərdə ölkədə su ehtiyatlarında azalmanın davamedəcəyi gözlənilir. Dünya Resursları İnstitutunun son tədqiqatınaəsasən, Azərbaycan 2050-ci ilə qədər su ehtiyatlarının azalması iləüzləşəcək 164 ölkə arasından 59-cu yerdə qərarlaşıb və orta-yüksək(20−40 faiz su stresi) risk kateqoriyalı ölkə kimi təsnifedilmişdir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi haqqında ÇərçivəKonvensiyasına təqdim etdiyi Milli Hesabatına əsasən, Azərbaycanınsu ehtiyatlarının həcmi (transsərhəd su ehtiyatları ilə birlikdə)qlobal temperaturun artma səviyyəsindən asılı olaraq 2040-cı ilə5−10 faiz və 2070-ci ilə 10−15 faiz, digər ssenari üzrə isə 2040-cıilə 10−15 faiz və 2070-ci ildə 15−25 faiz azalacağıproqnozlaşdırılır", - deyə Milli Strategiyada bildirilir.

Избранный
22
19
az.trend.az

10Источники