RU

Kvaratsxeliya İtaliya A seriyasının sentyabr ayının ən yaxşı oyunçusu seçilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya futbol çempionatının sentyabr ayının ən yaxşı oyunçusu seçilib.
Oxu.Az xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.
Ötən ay 23 yaşlı gürcü futbolçu A Seriyasında üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Azarkeşlərin səsverməsinin nəticələrinə və statistik məlumatların təhlilinə əsasən, Kvaratsxeliya Bremer ("Yuventus"), Santyaqo Kastro ("Bolonya"), Patrik Kutrone ("Komo"), Federiko Dimarko ("İnter") və Kristian Pulişiçi ("Milan") qabaqlayıb.
Qeyd edək ki, Xviça vaxtilə Azərbaycanın "Kəpəz" və "Şəmkir" klublarında çıxış etmiş, eyni zamanda Azərbaycan millisində də bir neçə oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.
Избранный
3
50
oxu.az

10Источники