UEFA Millətlər Liqasında 3-cü turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan Moldova millisi öz meydanında Andorranı qəbul edib.
"Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi də bu matçda iştirak edib. 28 yaşlı müdafiəçi komandasının 2:0 hesablı qələbə qazandığı matçın 57-ci dəqiqəsində meydana daxil olub.
Qeyd edək ki, Moldova millisi 2 oyuna əldə etdiyi 6 xalla hazırda qrup lideridir.