RU

BU GÜN MƏTBUAT ŞURASI İLƏ MEDİA AGENTLİYİ KONFRANS KEÇİRƏCƏK

Azərbaycan Mətbuat Şurası ilə Medianın İnkişafı Agentliyinin birgə konfransında "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda maraqlı dinləmələr nəzərdə tutulub...

"Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili konfransın gündəliyi barədə bunları dedi:

- Bakı Bisnes Mərkəzində düzənlənəcək konfransın proqramı zəngindir. Belə ki, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov və  Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış məruzəsindən və təbrikindən sonra Bir sıra mühüm mövzu ətrafında çıxışlar olacaq. Hazırda media üçün vacib mövzulardan olan "Siyasi ideoloji müstəvidə Azərbaycana qarşı aparılan informasiya müharibəsi və cəmiyyətin informasiya təhlükəsizliyinin təmin edilməsində medianın rolu" barədə BDU-nun Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu, "Dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər: inzibati və hüquqi modellər" mövzusunda Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli, "Azərbaycan mediasının rəqəmsal transformasiyası: media konvergensiyası mühitində üstünlüklər və çatışmazlıqlar" mövzusunda Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəşünas, "Sosial media ilə rəqabət: cəmiyyətin mənafeləri və peşəkarlıq gözləntiləri" mövzusunda Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, "Azərbaycan mediasında Beynəlxalq jurnalistika trendlərinin tətbiqi problemləri: səbəbləri və həlli yolları" mövzusunda Nurşərəf Tağıyeva və Sünbül Zalova (BDU-nun Jurnalistika fakültəsinin doktorantları) çıxış edəcəklər...

XXX 

Xatırladıram ki, Konfransın sonunda Mətbuat Şurasının tövsiyələri səsləndiriləcək, Konfransın yekun sənədi qəbul ediləcək.

Y.Məmmədli

Избранный
38
tezadlar.az

1Источники