RU

Ərdoğan Serbiyaya getdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Albaniyadakı təmaslarından sonra Serbiyaya səfərə gəlib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın Serbiya səfərinin gündəmində Türkiyə-Serbiya münasibətləri, Balkanlardakı hadisələr, Qəzzada baş verən soyqırım və İsrailin işğal etdiyi Fələstin torpaqları və Livana hücumları var.

Prezident Ərdoğan Serbiya ilə Balkan təmaslarını davam etdirir.

Ərdoğanı daşıyan təyyarə Belqradın Nikola Tesla adına Beynəlxalq Hava Limanına enib. 

Burada Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən qarşılanan Prezident Rəcəb Tayyib Ərdoğan daha sonra qalacağı otelə gedib.

Prezident Ərdoğan üçün Serbiya sarayında rəsmi mərasim keçiriləcək.Mərasimdən sonra təkbətək görüş olacaq.

Ərdoğan və Vuçiç Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına sədrlik edəcək.

Избранный
16
cebheinfo.az

1Источники