RU

"Liverpul" türk ulduzu transfer etmək istəyir

İngiltərənin "Liverpul" klubu "Benfika" forması geyinən türk futbolçu Orkun Kökçünü transfer etmək niyyətindədir.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, ingilis nəhəngi "Benfika"nın "Atletiko Madrid"i 4:0 hesabı ilə məğlub etdiyi matçda oyunçunu izləmələri üçün nümayəndələrini göndərib.

Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 9 matçda 4 qol vurub, 3 məhsuldar ötürmə edib. "Benfika" Orkun Kökçünü "Feyenoord"dan 25 milyon avroya transfer edib. Bu transfer klub tarixində ən yüksək transfer qiyməti olub.

Cavidan, BakuPost

Избранный
12
bakupost.az

1Источники