RU

Bu sürücünün qanundan xəbəri yoxdur; üstəlik təhlükə yaradır- VİDEO

Bakıda qanundan xəbərsiz sürücü qaydaları pozub. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 18-də, paytaxtın Ziya Bünyadov prospektindəki tuneldə baş verib.

Belə ki, 99-KO-883 qeydiyyat nişanlı "Mitsubishi" markalı avtomobilin sürücüsü iki zolağın kəsişdiyi yerdə sağında olan avtomobilə yol vermək əvəzinə, işıq və səs siqnalı verərək etiraz edib. Daha sonra isə onu ötüb keçən zaman sıxışdıraraq təhlükə yaradıb.

"Yol hərəkəti haqqında" qanunun 42-ci maddəsinin X hissəsində qeyd olunub ki, nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə sağ tərəfdə hərəkət edən nəqliyyat vasitəsi üstünlüyə malikdir.

Qeyd edək ki, sözügedən tunelin bu hissəsində zolaqlar birləşdiyi üçün solda olan sürücü sağdakına yol verməlidir. Lakin təəssüflə bildirmək istəyirik ki, heç kim bu qaydaya əməl etmir. Bu səbəbdən də həmin tuneldə üstünlüyə malik olan sürücülər mütəmadi olaraq təhlükə ilə üzləşirlər.

 

Könül Rauf

Избранный
15
avtosfer.az

1Источники