RU

Azərbaycanda suyun tarifləri diferensiallaşdırılacaq

Azərbaycanda suyun tarifləri diferensiallaşdırılacaq. Bu, “Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən, bu məqsədlə 2024-2027-ci illərdə müxtəlif istehlakçılar arasında sudan ödənişli istifadəyə görə tariflərin tənzimlənməsinin başa çatdırılması, habelə tarif diferensasiyasına keçidlə bağlı mexanizmlərin işlənib hazırlanması və tətbiqinə başlanması nəzərdə tutulur. Bu məqsədlə “Azərbaycan Respublikasında sudan ödənişli istifadə Qaydaları”nın təkmilləşdirilməsi və sudan ödənişli istifadə tariflərinə yenidən baxılması nəzərdə tutulur.

Bu, xərc əsaslı tariflərə mərhələli keçiddə iştirak edən regionların müəyyən edilməsini, tariflərin fərqləndirilməsini və pilot layihə çərçivəsində tətbiqini təmin edəcək.

Son nəticədə ayrı-ayrı regionlarda xərclərə əsaslanan tariflərin istifadəsinə keçmək və sosial-iqtisadi səmərəliliyin qiymətləndirilməsini və regional miqyasda differensiallaşdırılmış tarif siyasətinin tətbiqini davamlı şəkildə genişləndirmək mümkün olacaq.

Ülviyyə, Hurriyyet.az

Избранный
3
hurriyyet.az

1Источники