RU

“CineMastercard”da “Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib

“Gənclik Mall” TM-də yerləşən “CineMastercard” premium kinoteatrında kriminal və traqikomediya janrında olan “Qapı” Azərbaycan filminin qala gecəsi keçirilib.

"Report" xəbər verir ki, uğurlu keçən qala gecəsinin baş qəhrəmanları qonaqları tərəfindən coşqu ilə qarşılanıb.

Oğurluq, yumor, gözlənilməz dönüşlər, maraqlı personajların bir araya gəldiyi filmin quruluşçu rejissoru və baş prodüser Vüsal Əhmədzadə, quruluşçu operatoru Orxan Məmmədov, ideya müəllifi Əlixan Rəcəbovdur.

Ssenari müəllifləri Vüsal Əhmədzadə, Emin Əfəndiyev və Əlixan Rəcəbov, quruluşçu rəssam Elturan Məmmədov, bəstəkar Rüzgar Əhmədzadə, icraçı prodüser İbrahim Heydərov, montaj rejissoru və rəng korreksiyası İman İmanovdur.

Rollarda Rafael İsgəndərov, Nurlan Rüstəmov, Taleh Yüzbəyov, Sənubər İsgəndərli, Kəmalə Piriyeva, Kamran Ağabalayev, Zemfira Əbdülsəmədova, Emil Musayev, İlkin Xəlil və başqaları çəkilib.

Filmin məzmununa gəlincə, imkanlı iş adamının evində xadimə işləyən Vəfa özünə yeni həyat qurmaq üçün həmin evdən oğurluq etmək qərarına gəlir. Bu işdə bir ildən çox aliment ödəmədiyinə görə oğlunu görə bilməyən, artıq bu həyatdan bezən qardaşı Vidadiyə müraciət edərək kömək istəyir. Qardaşını razı salandan sonra bir neçə dəfə oğurluq üstündə həbsdə olan ögey xalası oğlu Cavada bu işdə əlbir olmaq təklif edirlər. Cavad və Vidadi oğurluq vaxtı qapını xarab edirlər və evdə qalırlar. Bundan sonra isə hadisələr daha da həyəcanla inkişaf edir.

Tədbirin təşkilində foto və video “Light in Black” kreativ şirkəti, “Hillside” premium şərabları və “Bonaqua” suları dəstək göstəriblər.

Qeyd edək ki, “Qapı” filmi eksklüziv olaraq yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Избранный
26
5
far.az

6Источники