RU

Vanuatu iqlim maliyyələşdirilməsinin artırılmasına ehtiyac duyur - Nazir

Bakı. Trend:

Vanuatu iqlim maliyyələşdirilməsinin artırılmasına ehtiyacduyur.

Trend xəbər verir ki, bubarədə Vanuatunun iqlim dəyişmələri məsələləri üzrə naziri ConSalonq Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkinKonfransı (Pre-COP29) zamanı video müraciətində bildirib.

“Vanuatunun suverenliyi və ərazi bütövlüyü, planetimizi məhvedən yanacaq növlərindən imtina etməkdə insanlığın kollektivbacarıqsızlığı və ehtiyacı olanlara uyğunlaşma üçün kifayət qədərmaliyyələşdirməni mobilizə etməkdəki uğursuzluğu səbəbindən təhlükəaltındadır. Öz daxili fəaliyyətlərimiz — büdcələrdən siyasətə vəBMT-nin Beynəlxalq Məhkəməsi, Beynəlxalq Cinayət Məhkəməsi və digərinstansiyalarda beynəlxalq öhdəliklərə qədər — transformasiyayasadiqliyimizi nümayiş etdirir”, - o qeyd edib.

Nazir bildirib ki, inkişaf edən kiçik ada və ən az inkişaf etmişölkələr xüsusi həssaslıq və diqqət tələb edir ki, bu da donorlarilə inkişaf tərəfdaşları arasında yeni və əlavə əməkdaşlıq tələbedir.

O, iqlim dəyişmələrinə uyğunlaşma üzrə maliyyələşdirilməsahəsindəki boşluğun bizim üçün ciddi olduğunu bildirib.

“Vanuatuda bu boşluq ekzistensial xarakter daşıyır, çünki son 3il ərzində iqlim təsirləri bizim ÜDM-nin 50 faizindən çoxunuitirməyimizə səbəb olub”, - o vurğulayıb.

Nazir 2025-ci ilə qədər iqlim dəyişmələrinə uyğunlaşma üzrəmaliyyələşdirilməni iki dəfə artırmağın son dərəcə vacib olduğunuda əlavə edib.

Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransından (UNFCCC) əvvəlki Konfrans,yəni Pre-COP29 başlayıb.

Pre-COP29 Bakıda "Ambisiyaları artırmaq və fəaliyyət göstərmək"devizi altında keçirilir.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrındaAzərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İkihəftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxınxarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən YerSammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsininqarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference ofParties) abbreviaturası İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqanolan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cürrazılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilinmartında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Избранный
10
az.trend.az

1Источники