RU

Əhməd İsmayılov: "Medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulur" » AzadMedia.az


Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur.

Azadmedia.az xəbər verir ki, bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Mətbuat Şurasının təşkilatçılığı ilə keçirilən "Müasir mediada yeni trendlər: İnformasiya təhlükısizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda bildirib:
"İnformasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkəmizin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağrışlarındandır. Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir".
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində qazandığımız qalibiyyətin medianın da inkişafına impuls verdiyini, yeni mərhələnin başlanmasını şərtləndirdiyini deyən icraçı direktorun sözlərinə görə Cənab Prezidentin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulmuşdur:
"Medianın İnkişafı Agentliyinin yaradılmasına da məhz bu istiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsi kimi yanaşmaq lazımdır. Agentliyin nizamnaməsində kifayət qədər geniş spektri əhatə edən fəaliyyət istiqamətləri öz əksini tapıb. Belə ki, Agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, habelə cəmiyyətin media savadlılığının yüksəldilməsi istiqamətində fəaliyyət göstərir".
Избранный
1
1
azadmedia.az

2Источники