RU

“Nobel” Sülh mükafatının sahibi AÇIQLANDI

“Nobel” Sülh mükafatının laureatı məlum olub.

 

Modern.az xəbər verir ki, Yaponiyanın "Nihon Hidankyo" təşkilatı sözügedən kateqoriya üzrə 2024-cü ilin laureatı elan edilib.

 

Təşkilat uzun illərdir ki, Xirosima və Naqasakiyə atılan atom bombalarının qurbanlarının hekayələrindən nümunələr götürür və nüvə silahının təhlükələrini dünyaya çatdırır.

 

Nobel Komitəsinin nümayəndəsi mükafatı elan edərkən qeyd edib ki, "Nihon Hidankyo" nüvə güclərinin imkanlarını artırdığı və silahlarını təkmilləşdirdiyi bir vaxtda yorulmadan çalışır.

 

Qeyd edək ki, 1901-ci ildən bəri Nobel Sülh Mükafatı 104 dəfə verilib. Bu il mükafata 286 namizəd irəli sürülüb.

 

Keçən il Nobel Sülh Mükafatı İranda  qadın hüquqlarına təzyiqinə qarşı mübarizəsinə görə iranlı fəal Nərgis Məhəmmədiyə verilib.

Избранный
16
3
modern.az

10Источники