RU

Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda konfrans keçirilib (FOTO)

Bakı.Trend:

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yenitrendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları”mövzusunda konfrans keçirilib.

Trend xəbər verir ki, MətbuatŞurasının təşkilatçılığı ilə gerçəkləşən toplantıda əvvəlcəAzərbaycanın Dövlət Himni səslənib. Sonra ərazi bütövlüyümüz vəsuverenliyimiz uğrunda canından keçmiş Vətən övladlarının, şəhidolmuş və və dünyasını dəyişmiş jurnalistlərin xatirələri birdəqiqəlik sükutla yad edilib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvlərinin, Medianın İnkişafıAgentliyinin rəhbərliyinin, media subyeklərinin baş redaktorlarınqatıldıqları konfransda MŞ sədri Rəşad Məcid, PrezidentAdministrasiyasının sektor müdiri Elmir Vəlizadə və Medianınİnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov açılışnitqləri ilə çıxış edib, müzakirəyə çıxarılan mövzu ilə bağlıfikirlərini bölüşərək Azərbaycan dövlətinin və cəmiyyətinin mediailə bağlı gözləntilərindəki ayrı-ayrı məqamları dilə gətiriblər.Çıxışlarda Azərbaycan Prezidenti İlham Əliyevin bəzi beynəlxalqdairələrin ölkəmizə qarşı informasiya savaşı və ideoloji müharibəapardıqlarına dair fikirlərindəki ayrı-ayrı məqamlar üzərindədayanılıb və bildirilib ki, ölkə mediasının və jurnalistlərin bukimi qlobal çağırışlara, ölkəmizdəki sabitliyi və əminamanlığıpozmağa hesablanmış informasiya diversiyalarına adekvat yanaşması,hər zaman peşəkarlığı və həssaslığı əsas tutaraq çevik fəaliyyətgöstərməsi son dərəcə vacibdir, günün təxirəsalınmaz tələbidir.

Toplantıda əsas məruzəçi MŞ sədrinin müavini, Bakı DövlətUniversitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğluolub. V.Zifəroğlu siyasi ideoloji müstəvidə Azərbaycana qarşıaparılan infor­ma­siya müharibəsi və cəmiyyətin informasiyatəhlü­kəsiz­li­yi­nin təmin edilməsində medianın rolu mövzusundaçıxış edib.

Sonra MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlarİttifaqının rəhbəri Müşfiq Ələsgərli dezinformasiya ilə mübarizədətətbiq edilən mexanizmlər, inzibati və hüquqi modellər barədə sözaçıb. MŞ İdarə Heyətinin üzvləri - Technote Media Şirkətininrəhbəri Fərid Pərdəşünas Azərbaycan mediasının rəqəmsaltransformasiyası şəraitindəki üstünlüklər və çatışmazlıqlar,“Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli isə sosialmedia ilə rəqabətdə mediadan gözləntilər mövzusunda fikirlərinisəsləndiriblər.

Tədbirdə, həmçinin, Bakı Dövlət Universitetinin Jurnalistikafakültəsinin doktorantları Nurşərəf Tağıyevanın və Sünbül Zalovanınölkə mediasında beynəlxalq jurnalistika trendlərinin tətbiqiproblemləri mövzusunda birgə təqdimatları olub.

Toplantıda sadalanan mövzular ətrafında fikir mübadiləsiaparılıb. Müzakirələrin yekununda Azərbaycan Mətbuat Şurasınınmedia subyektlərinə tövsiyələri açıqlanıb. Tövsiyələrdə məzmunyaradıcılığında hansı vasitələrdən istifadə edilməsinə fərqqoyulmadan “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nariayət edilməsinin, yeni medianın operativlik, sərhədsizlik,interaktivlik və s. kimi üstünlüklərinin nə­zə­rə alınaraq,infor­ma­siya istehsalının daha da gücləndirilməsinə təkanverilməsinin, dünyada gedən müasir texnoloji inkişafauyğun­laşmağın və beynəlxalq jurnalistikadakı xü­susilə, Qərbjurnalistikasındakı yeni trend və tendensiyalarınmənimsənilməsinin, dövlətin və cəmiyyətin maraq və mənafelərindənirəli gələn, onların uzlaş­dırıl­ma­sına xidmət edən materiallarınsayının çoxaldılmasının və keyfiy­yə­tinin yüksəl­dil­məsinin,Azərbaycan dövlət dilinin normalarına əməl edilməsinin, əsasənproqramlar vasi­tə­si ilə hazırlanan tərcümə materiallarınınkeyfiyyətinə diqqətin artırılmasının vacibliyi vurğulanıb.

Tövisyələrdə, həmçinin, sosial şəbəkələrdə yayımlananmaterialların həqiqətə uyğunluğunun, səhihliyinin ciddi şəkildəyoxlanılmasının, jurnalistlərin mövcud sahədəki manipulyasiyalarahəssas yanaşmalarının, xüsusən, yeni texnologiyaların, süniintellekt sistemlərinin dezinformasiya yayı­mın­da vasitə olduğununnəzərə alınmasının zəruriliyi üzərində dayanılıb və bildirilib ki,media təmsilçiləri məzmun yaradıcılığında yeni texnologiyalardan, ocümlədən, süni intellekt proqramlarından asılı duruma düşməməli,milli maraqların qorunması üçün ölkədə vahid və güclü ictimai rəyformalaşdırmalı, beynəlxalq media ilə əməkdaşlığa can atmalı,Azərbaycanın möv­qe­lərini müdafiə edən məqalələrin vəreportajların hazırlanmasına səy göstərməli, dünyada gedən aşkarinformasiya müharibəsi şəraitində təcrübə mübadiləsinə üstünlükverməlidirlər.

Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Müasir
Избранный
24
22
az.trend.az

10Источники