RU

Gənclər və İdman Nazirliyində Məsut Özillə görüş keçirilib

Bakı, 11 oktyabr, AZƏRTAC

Gənclər və idman nazirliyində ölkəmizdə səfərdə olan professor İrfan Gündüzü və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gənclər və idman naziri Fərid Qayıbov Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü, dünya çempionu Məsut Özilin də daxil olduğu nümayəndə heyətinə Azərbaycanın idman sahəsində gördüyü işlər və qazandığı uğurlar barədə məlumat verib.

Görüş zamanı idman sahəsində ikitərəfli əlaqələr müzakirə edilib, uşaq futbolunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Избранный
16
1
azertag.az

10Источники