RU

COP29 ərəfəsi və sonrası Azərbaycana qarşı hücumlara hazır olmaq lazımdır - PA rəsmisi

Azərbaycanı gözü götürməyən məqsədli şəkildə sosial şəbəkələrdə ölkə adına dezinformasiyalar yayır.  Bu barədə Report Prezident Administrasiyasının sektor müdiri Elmir Vəlizadə "Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları" mövzusunda keçirilən konfransda çıxışına istinadla yazıb. 


"Artıq informasiyanın əldə edilməsi, yayılması çox rahatdır. Lakin yayılan məlumatların çoxu da dezinformasiya olur. Cəmiyyəti dezinformasiyadan qorumaq lazımdır. Vətən müharibəsindən sonra ermənilər, ermənipərəst, Azərbaycanı gözü götürməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələrdə dezinformasiyalar yayır. Bu ilin noybarında Bakıda keçiriləcək COP29 kimi böyük konfransın Azərbaycanda keçirilməsi ilə bağlı da müxtəlif platformalarda dezinformasiyalar yayılır", - o bildirib. 
 
PA rəsmisi qeyd edib ki, Azərbaycana qarşı COP29 ərəfəsində və sonra bu cür hücumlar ola bilər və buna hazır olmaq lazımdır. 
 
COP 289 Bakıkda 2024-cü il noyabrın 11-22 arası keçiriləcək. Ölkəyə 60-a yaxın ölkənin prezidentinin və minlərlə qonağın gələcəyi gözlənilir.
 
Ekspertlər bu ərəfədə bir çox dövlət müəssisələrinin on line qaydada çalışacağını proqnozlaşdırır. 


Aytac

www.anews.az
Избранный
8
anews.az

1Источники